2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Xədicənin buraxılmasını alqışlayır

Birləşmiş Ştatlar AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılın Ali Məhkəmənin qərarıyla şərti cəzayla azadlığı buraxılmasını alqışlayır. «Buna müsbət addım kimi baxırıq və Azərbaycan hökumətini ona qarşı qalan ittihamları qaldırmağa çağırırıq», – Dövlət Departamentinin sözçüsü Mark Toner deyib.

«Azərbaycan ifadə azadlığını, mülki və siyasi iştiraklılığın məkanını genişləndirməkdədir, bu, ölkəni və ikitərəfli əməkdaşlığımızı gücləndirəcək», – bəyanatda vurğulanır.

Saytların yığılması Saytlarin yigilmasi

Xədicə İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası ilə sərbəst buraxılıb.

Jurnalistə ümumilikdə 5 maddə üzrə ittiham verilmişdi, 125-ci maddə üzrə elə Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət aldı. Mayın 25-də isə Ali Məhkəmə ağır cinayətlər sayılan iki maddə – 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ona bəraət verib. Digər iki maddə – 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəzanı şərti cəza ilə əvəzləyib. Bu maddələr az ağır hesab olunur.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. O, bütün ittihamları rədd edir və həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button