2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Afaq Aslan: “Yalnız mənim bədənim…”

Dəfələrlə demişəm ki, müğənnilik, səhnədə olmaq mənim üçün bir hobbidir. Səhnədə olan zaman özümü daha rahat hiss edirəm. Sonuncu fotosessiyam sözün əsl mənasında müzakirələrə səbəb oldu.

Bu sözləri müğənni Afaq Aslan modellik fəaliyyətinə başlaması haqda Axar.az-a danışarkən deyib. O, Türkiyədən bununla bağlı təklif aldığını bildirib:

“Xatırlayırsınızsa, bu yaxınlarda açıqlama vermişdim ki, Türkiyədə bir şirkətlə müqavilə bağlamışam. Məhz həmin şirkət mənim yaradıcılıq işlərimə yardım edəcək. Bundan başqa, məni model sahəsində də tanıdacaq. Bir sözlə, müğənniliklə yanaşı, modellik də edəcəyəm. Modelliklə bağlı Azərbaycandan da təkliflər aldım, amma qonorar məsələsində razılığa gələ bilmədik. Şou-biznesdə qadınlar arasında bədən parametrlərinə görə modelliyə uyğun 2-3 müğənnidən birincisi özüməm. Özündənrazılıq kimi çıxmasın, yalnız mənim bədənim modelliyə uyğundur. Bəzi xanım müğənnilər efirə elə geyimdə çıxır ki, elə bil, mətbəxdən səhnəyə çıxıblar. Sonuncu çəkdirdiyim şəkillərimə görə məni qınayanlar çox oldu. Bütün bunlar məni daha da ruhlandırdı. Demək, mən varam ki, bəzilərinin yerini narahat edirəm”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button