Bizim tərcüməDünya

Afrika ölkəsində ‘Lassa qızdırması’ epidemiyası! Ölənlərin sayı artır

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Nigeriyada heyvandan insana keçən və ölümlə nəticələnə bilən Lassa qızdırması epidemiyasında həyatını itirənlərin sayı 178-ə yüksəlib.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada, 1 yanvar – 20 noyabr tarixləri arasında ölkədə 8 mindən çox şübhəli Lassa qızdırması hadisəsinin görüldüyü və onlardan 989-nun testlərdə müsbət çıxdığı ifadə edildi.

Saytların yığılması Saytlarin yigilmasi

Açıqlamada ölkədə bu müddət ərzində epidemiya səbəbiylə 178 nəfərin öldüyü bildirilmiş və epidemiyanın ölkənin 26 əyalətinin 107 bölgəsində görüldüyü və ən çox Ondo, Edo və Bauçi əyalətlərində təsirli olduğu qeyd edilmişdir. .

NCDC ölkədə yanvarın 1-dən oktyabrın 4-dək Lassa qızdırması epidemiyasından ölənlərin sayını 172 olaraq açıqlayıb. Nigeriya hökuməti xəstəliyin müalicəsi üçün 3 dərmanın müəyyən edildiyini açıqlayıb.

Hər il quraq dövrün yaşandığı noyabr və may aylarında artan Lassa qızdırması epidemiyasında ötən il 674 hadisə aşkarlanıb, 102 nəfər dünyasını dəyişib.

Mali, Toqo, Qana, Liberiya, Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırmasına ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində rast gəlinib.

Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib.

Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilir və ölümcül hemorragik qızdırma yaradır.

Səlahiyyətlilər əhaliyə siçan və digər gəmiricilərlə təmasda olmamaq barədə xəbərdarlıq edib. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button