SEÇMƏ

Ağ Evə gələn qara qız: Bayden yeni mətbuat katibi təyin edib – FOTO

ABŞ Prezidenti Cozef Bayden mayın 13-də vəzifəsini tərk edəcək Cen Psakinin yerinə Karin Jan-Pyeri Prezidentin köməkçisi və Ağ Evin mətbuat katibi təyin edib.

Bu barədə Ağ Evin saytında məlumat verilib.

Karin Jan-Pyer hazırda mətbuat katibinin birinci müavini və Prezidentin köməkçisinin müavini vəzifəsini tutur.

“Karin təkcə bu çətin iş üçün tələb olunan təcrübəyə, istedada və dürüstlüyə malik deyil, o, həm də Amerika xalqı adından Bayden-Harris administrasiyasının işi haqqında informasiyanın yayılmasında yol göstərməyə davam edəcək. Cill və mən Karini çoxdan tanıyırıq və ona hörmət edirik və o, mənim və bu administrasiya üçün danışan güclü səs olacaq”, – Amerika Prezidenti bildirib.

Bayden, həmçinin Psakiyə işinə görə təşəkkür edib.

“Mən Cenə ölkəyə göstərdiyi xidmətə görə təşəkkür edirəm və irəliləyişində ona ən yaxşısını arzulayıram”, – o deyib.

24 saat” “Ağ Evə gələn qara qız: Bayden yeni mətbuat katibi təyin edib – FOTO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Rusiya generallarını necə ovlayırlar? - Müharibədə ABŞ izi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button