2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ağ Ev xəbərdarlıq edir ki, getdikcə İran qonşuları üçün daha təhlükəli olur

Vaşinqton/07.12.23/Turan: Çərşənbə günü Ağ Ev Rusiya və İran arasında hərbi əlaqələrin genişləndirilməsinə qarşı xəbərdarlıq edərək bildirib ki,  Milli Təhlükəsizlik Şurasının üzvü Con Kirbinin dediyi kimi, bu, “bölgə üçün zərərlidir”, Turan-ın Vaşinqton müxbiri bildirib.

“İran Rusiyanın hərbi potensialından yararlana və qonşuları üçün daha ölümcül və təhlükəli ola bilər ki, bu da Yaxın Şərqin xeyrinə deyil”, – Kirbi Vaşinqtonda keçirilən brifinqdə Turan-ın suallarını cavablandırarkən deyib.

“Biz İran və Rusiyanı məsuliyyətə cəlb etmək üçün sanksiyalar tətbiq etdik və bunu davam etdirəcəyik”, – o deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Kirbinin şərhləri İran prezidenti İbrahim Raisi ilə Rusiya prezidenti Vladimir Putinin Moskvada görüşü ərəfəsində səslənib.

Kirbi İranın bölgədəki marionet qruplaşmalara, əsasən zaman-zaman ABŞ və İsrailin regiondakı hədəflərinə hücum edən Yəmən husilərinə verdiyi dəstəyə də işarə etdi.

“Biz bilirik ki, husilər İran tərəfindən təkcə siyasi və fəlsəfi deyil, həm də silah sistemlərilə dəstəklənir”, – o deyib. -0-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button