24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Agentlik 67 diplomu tanımamaq qərarı verib

Bakı/03.12.21 Azərbaycan Təhsildə Keyfiyyat Təminatı üzrə Dövlət Agentliyi 2021-ci ilin noyabr ayı ərzində xaricdə alınan diplomların tanınması ilə bağlı 302 müraciətdən 67-sini təmin etməyib. Bu barədə Agentliyin  dekabrın 3-də yaydığı məlumatda deyilir.

Məlumata görə, 235 müraciətə müsbət cavab verilərək diplomlar tanınıb.

Dplomların tanınmamasının səbəbi kimi i tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması, təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi, tədris dilinin qənaətbəxş olmaması, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması  və s. göstərilir.

Ölkələr üzrə müraciətlərin sayına görə Türkiyədən 106, Rusiyadan 79, Ukraynadan 69, Gürcüstandan 11, İtaliyadan 6, digər ölkələrdən isə 31 müraciət daxil olub.-05D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button