2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Aİ və NATO ölkələri Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edirlər” – RƏY

“Azərbaycanın yaratdığı yeni reallıqları Avropa İttifaqı (Aİ) da, NATO ölkələri də qəbul edirlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin Azərbaycana rəsmi səfəri çərçivəsində iki dövlət arasında münasibətlərin geniş spektrinə dair məsələlər müzakirə edilib. Xüsusilə, ticarət, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi, turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə predmeti olub: “Təbii ki, regionda təhlükəsizlik məsələləri ətrafında Ermənistan- Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı ətraflı müzakirələr keçirilib. Nəzərə almaq lazımdır ki, Xorvatiya həm Avropa İttifaqı, həm də NATO ölkəsidir. Danışıqlar prosesində bu baxımdan təkcə ikitərəfli deyil, həm də çoxtərəfli formatda, yəni Azərbaycan-Avropa İttifaqı-NATO münasibətləri kontekstində də tərəflərin mövqeləri açıqdır. Bizim üçün əsas məsələlərdən biri ondan ibarətdir ki, Azərbaycan dövləti Qarabağda öz suverenliyini tam şəkildə təmin edib. Bu reallığı isə bəzi siyasi dairələr qəbul etmək istəmirlər, fərqli mövqedən çıxış edirlər, Azərbaycana qarşı müəyyən təzyiq kampaniyası həyata keçirirlər. Lakin Xorvatiya hökumət başçısının Azərbaycana səfəri onu göstərir ki, Azərbaycanın yaratdığı yeni reallıqları Avropa İttifaqı ölkələri də, NATO-da da qəbul edirlər”.

Deputat əlavə edib ki, bütün maneələrə baxmayaraq Azərbaycanın Avropa İttifaqının doqquz dövləti ilə strateji tərəfdaşlıq münasibətləri var.

“Avropa İttifaqının Fransa və Almaniya kimi dövlətləri tənzimlənmə prosesində açıq ermənipərəst mövqedən çıxış etsələr də, tarixin öz inkişaf qanunauyğunluğu var, qalib şərtləri diktə edir. Biz qalibik və bizim bütün addımlarımız beynəlxalq hüquqa, onun norma və prinsiplərinə uyğundur. Ona görə də bu reallığın həm Avropa İttifaqı, həm də NATO dövlətləri tərəfindən qəbul etməməsi üçün hər hansı bir əsas yoxdur. Sülhün alternativi yoxdur, onun alternativi regionda vəziyyəti daha da gərginləşdirə bilər və növbəti müharibəyə əsas verər. Bu isə Ermənistanın sonunun başlanğıcı ola bilər”, – E.Nəsirov vurğulayıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button