Loading...
Loading...
SEÇMƏ

AİHM Azərbaycandan göndərilən 2 şikayəti araşdırır

Yayımlandı: 13 Sentyabr 2022 14:01

Hər iki ərizəçi yerli məhkəmələrin işi ədalətli araşdırmadığını deyir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən 2 şikayəti araşdırmağa başladığını elan edib.

Həmin işlərdən biri 2013-cü ildə məşhur olan “Yaltaqlara dur deyək” “Facebook”səhifəsinin admini, hökuməti tənqid edən müxtəlif məzmunlar paylaşan bloger Əbdül Əbilovun işi ilə bağlıdır.

O, həmin il saxlanılıb, 2014-cü ildə uzun müddətə azadlqıdan məhrum edilib.

Ərizəçi AİHM-nə müraciət edərək haqqındakı cinayət işinin qurma olduğunu, tənqidi məzmunları paylaşmasına görə cəzalandırıldığını bildirib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 27 may qərarı ilə həbs edilib.

Əbdül Əbilov Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz narkotik vasitələri hazırlama, saxlama, əldə etmə və daşıma və ya külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi üzrə təqsirli bilinib və 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

26 fevral 2015-ci ildə Ali Məhkəmə də ərizəçi barəsindəki hökmü qüvvədə saxlayıb.

İşin hallarından göründüyünə görə, Ali Məhkəmədəki iclasda nə ərizəçi, nə də onun nümayəndəsi iştirak edib.

Ərizəçi, xüsusilə Konvensiyanın 6-cı maddələrinin 1-ci və 3-cü bəndinə (b) və (c), 10 və 18-ci bəndlərinə əsaslanaraq iddia edib ki, onun məhkumluğu qurama sübutlara söykənib.

Haqqında açılan cinayət işinin əsl məqsədi bloger fəaliyyətinə görə cəzalandırmaq məqsədilə olub.

Araşdırılmağa başlanılan ikinci iş Aynurə Bağırova adlı şikayətçinin ərizəsidir.

O, qardaşının Gəncə hadisələri kontekstində keçirilən əməliyyat zamanı öldürülməsi ilə bağlı şikayət verib.

Bu işdə xüsusilə əməliyyat zamanı ölümcül güc tətbiqinin zəruri olub-olmaması məsələsi mübahisələndirilib.

Konvensiyanın 2-ci və 13-cü maddələrinə əsaslanan Aynurə Bağırova qardaşının həbs olunması zamanı ona ölümcül güc tətbiq edilməsinə zərurət olmamasından, qardaşının əməliyyat zamanı qəsdən öldürülməsindən şikayət edib.

Ərizəçi həmçinin, bildirib ki, yerli qurumlar qardaşının öldürülməsi ilə bağlı effektiv araşdırma aparılmasını təmin etməyib.

Meydan TV

Gözdən qaçırmayın:  Peskov Putinin əməliyyatlarla bağlı tez-tez hesabat aldığını deyir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button