2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Akif Çovdarovdan şikayət etdi -Şikayəti “yoxa çıxdı”

Fehruz Məmişov Zakir Qaralovdan bu tapmacaya aydınlıq gətirməyi xahiş edir

Sabiq MTN generalı Akif Çovdarovdan şikayət edən Laçın rayonundan olan məcburi köçkün, hazırda Masazır qəsəbəsində məskunlaşan Məmişov Fehruz İsa oğlu qəribə vəziyyətlə üzləşib. Nə qədər inanılmaz olsa da zərərçəkmişin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindəki şikayəti yoxa çıxıb.
Bu barədə Moderator.az-a zərərçəkmişin özü məlumat verib.
Şikayətçi deyir:
“Bir neçə ay bundan öncə A.Çovdarovla bağlı Baş Prokurorluğun əlaqədar idarəsinə müraciət etsək də, üstündən xeyli müddət keçməsinə baxmayaraq, adıçəkilən qurumdan heç bir səs-sorağın çıxmaması bizi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə müracit etməyə məcbir etdi. Məlum qurumla telefon əlaqəsi saxlayandan sonra bizə bildirildi ki, şikaytimizlə bağlı lazımi araşdırma aparılıb və iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Biz bundan sonra Bakı Hərbi Məhkəməsinə üz tutduq. Lakin məhkəməyə müraciət edəndən sonra məlum oldu ki, onlara bizimlə bağlı iş göndərilməyib.
Bundan sonra məcbur qalıb yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi ilə əlaqə saxladıq. Bildirdik ki, Bakı Hərbi Məhkəməsində belə bir iş yoxdur. Ondan sonra sözügedən idarə bildirdi ki, “yəqin ki, işin araşdırılması davam edir”.
Mən burdan üzümü hörmətli baş prokuror Zakir Qaralova tutub xahiş edirəm ki, A.Çovdarovla bağlı şikayətimizin aqibəti, bu işin hara, necə yoxa çıxması ilə bağlı bizi məlumatlandırsın. A.Çovdarov mənim qardaşımın ölümünə bais olan, hektarlarla torpağımıza əl qoyan bir şəxsdir və onun cəzalandırılması ailəmiz üçün prinsipial əhəmiyyət kəsb edir. Bu baxımda Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ilə Bakı Hərbi Məhkəməsi arasındakı ötür-ötür oyunu, qeyri-müəyyən, ehtimal və güman xarakterli cavablar bizi qane edə bilməz.
Ümid edirəm ki, hörmətli baş prokurorumuzun səyindən sonra bu məsələyə aydınlıq gələcək, bizim qeybə çəkilən şikayətimizin yeri və taleyi bəlli olacaqdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button