2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Akif Çovdarovla bağlı istintaq işləri məhkəməyə aeroport çantaları ilə daşınır

 

MTN generalı Bakı Hərbi Məhkəməsini yaxın 3-5 il üçün “zanit edib”

Hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovla bağlı istintaq işləri Bakı Hərbi Məhkəməsinə nəhəng aeroport çantaları ilə daşınır. Bu barədə 24saat.org-a özəl mənbə məlumat verib. Mənbənin sözlərinə görə, A.Çovdarovla bağlı ortaya çıxan cinayət işlərinin çoxluğu çoxsaylı istintaq materiallarının ərsəyə gəlməsinə səbəb olub ki, bu da yekunlaşan işlərin məhkəməyə iri çanta və ya kisələrlə daşınması zərurətini meydana çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbənin sözlərinə görə, ilk əvvəl üst-üstə qalaqlanan cinayət işlərinin Bakı Hərbi Məhkəməsinə nə ilə daşınması ilə bağlı müxtəlif fikirlər səslənsə də, sonda çıxış yolu tapılıb. Prokurorluq əməkdaşları daşınma üçün aeroport çantalarını daha münasib hesab ediblər.

Bilgili qaynağın sözlərinə görə, A.Çovdarovla bağlı yaranmış situasiyada maraq doğuran digər bir məqam isə MTN generalının Bakı Hərbi Məhkəməsini yaxın 3-5 il üçün “zanit etməsidir”. Belə ki, A.Çovdarovla bağlı cinayət işlərinin çoxluğu məhkəmə prosesinin mərhələli şəkildə bir neçə il davam etməsi zərurətini yaradıb ki, bu da Bakı Hərbi Məhkəməsinin şəxsi heyətinin qarşıdakı illərdə daha gərgin və fasiləsiz çalışacağı anlamını daşıyır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button