2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Akif Çovdarovun məhkəməsi keçirildi

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hazırlıq iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə müdafiə etdiyi şəxsin pensiya hesabının üzərinə qoyulan həbsin ləğv edilməsi barədə verdiyi vəsatət təmin edilməyib.
A.Çovdarovun vəkili Kamandar Nəsibov müvəkkilinin səhhətinin pis olduğu üçün iclasın təxirə salınmasını istəyib.
Hakim H.Həsənov bildirib ki, Çovdarovla bağlı təyin edilən tibbi ekspertizada onun iclaslarda iştirakının mümkünlüyü də sual kimi qoyulub. Buna görə də ekspertin rəyi açıqlanana kimi vəsatət baxılmamış saxlanılıb.
Zərərçəkən Mübariz Məmmədov heç bir şikayət və tələbinin olmadığını deyib.
Məhkəmə prosesi günün ikinci yarısında davam etdiriləcək.(Qafqazinfo)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button