Loading...
Loading...
Xəbərlər

Aksiya zamanı polislər jurnalistə xəsarət yetiriblər

Bakı/29.12.21 Dekabrın 28-də jurnalistlərin parlamentin binası qarşısında keçirdikləri aksiya zamanı polis əməkdaşları iştirakçılardan birinə, Nərgiz Absalamovaya ciddi xəsarət yetiriblər.

Videogörüntülərdən məlum olur  ki, polis qadın jurnalistin üzünə vurur  və onu itələyir. Nəticədə Nərgiz Absalamova yerə yıxılıb və büzdüm sümüyü sınıb.

Həkimlərin rəyinə görə, qırılmış sümük çanaq əzələsinə zərər verib.

Aksiya zamanı qadın polis boğazımdan yapışaraq məni itələdi.  Eyni zamanda o biri polislər digər jurnalistləri itələdilər və biz yol kənarındakı bordürün üzərinə yıxıldıq və arxası üstə düşdük. Mən güclü zərbə aldım. Müayinədən sonra həkim üçhəftəlik yataq rejimi yazıb”, -jurnalist Turan agentliyinə bildirib.

Zərərçəkənin vəkili Zibeydə Sadıqova bildirib ki, bu fakt üzrə Travmatologiya İnstitutunun yazılı rəyi var.

Bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Ombudsman Aparatına yazılı sorğular göndərilib.

Şikayətdə çevik polis alayının əməkdaşının  jurnalistə xəsarət yetirməsi faktı üzrə üzrə cinayət işinin açılması və günahkarların məsuliyyətə cəlb edilməsi tələb olunub, vəkil deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. Bundan öncə bu bölmənin rəhbəri Ehsan Zahidov bildirib ki, aksiya zamanı  jurnalistlərdən heç kim xəsarət almayıb.

Xatırladaq ki, onlarla jurnalist parlamentinMedia haqqında” yeni qanunu qəbul etməsinə etiraz edib. -03B-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button