Bizim tərcümə

Almaniya bu sözlərdən sarsılır… Rusiyadan qəfil xəbərdarlıq: Artıq bütün qırmızı xətlər keçilib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-04-10 14:56:22

class=”medianet-inline-adv”>

Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir…

Saytların yığılması Saytlarin yigilmasi

Ötən ilin fevralında Rusiya prezidenti Putinin verdiyi sərəncamla başlayan qanlı müharibə hələ də ölümlə davam edir.

Baxmuta sahib olmaq üçün qarşıdurmalar tam sürətlə davam edərkən, Rusiyanın bəyanatı Almaniyanın gündəminə bomba kimi düşdü.

Ölkə mətbuatına açıqlama verən Rusiyanın Berlindəki səfiri Sergey Neçaev təhdid kimi xəbərdarlıqlar edib.

Neçayev iddia edib ki, Almaniya Rusiya ilə birbaşa münaqişədən qaçmaq üçün əlindən gələni edib və əvəzində Moskvanı strateji məğlubiyyətə uğratmaq üçün Ukraynadan vəkil kimi istifadə edib.

“İzvestiya” qəzetinə danışan Rusiya səfiri Ukraynaya tədarük edilən alman silahlarının çeşidinin daim genişləndiyinə diqqət çəkərək, aşağıdakı qiymətləndirməni edib;

class=”medianet-inline-adv”>

“Berlin dəbilqələrin çatdırılmasından başlayaraq Kiyev rejiminə müasir öldürücü silah sistemləri, o cümlədən ağır döyüş tankları, haubitsalar, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə silahları göndərməyə davam etdi”.

Neçayev Berlinə az qala ultimatum verərək deyirdi ki, “Almaniya hökuməti Rusiyanı strateji cəhətdən məğlub etmək üçün bütün mümkün “qırmızı xətləri” artıq keçib.

Alman seçicilərin birbaşa müharibə gözləmədiyi üçün Berlinin belə bir siyasət yürütdüyünü iddia edən Rusiya səfiri, “Başqasının əli ilə döyüşmək daha asandır” deyib.

Almaniya ilə Rusiya arasında münasibətlər Berlinin Ukraynadakı baş diplomatı Anka Feldhusenin açıqlamalarından sonra gərginləşib.

Feldhusen Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) ukraynalı uşaqların Rusiyaya qaçırıldığı iddialarına görə Rusiya lideri Vladimir Putini axtarışda elan etməsindən sonra belə bir qiymətləndirmə etdi;

“Putin Almaniya ərazisində görünsə, şübhəsiz ki, həbs olunacaq. Bunu dünən Almaniyanın ədliyyə naziri də təsdiqləyib.

RUSİYADAN GÜÇLÜ XƏBƏRDARLIQ: MÜHARİBƏ ELANI VAR

Moskvanın bu sözlərə reaksiyası sərt olub.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Almaniya Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderini öz ərazisində həyata keçirərsə, bu, Rusiyaya qarşı müharibə elanı ilə eyni olacaq.

class=”medianet-inline-adv”>

Medvedev dedi: “Təsəvvür edək ki, bu, heç vaxt baş verməyəcək bir vəziyyətdir, amma təsəvvür edək ki, hər halda baş verir. Nüvə dövlətinin başçısı (Putin) Almaniyaya getdi və həbs olundu. Bu nə deməkdir? Bu, Rusiya Federasiyasına qarşı müharibə elanı olardı. Belə olan halda bizim bütün raketlərimiz Bundestaq və kanslerin ofisinə uçacaq”.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button