2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Almaniya Bundestaqının deputatları Azərbaycanda hüquq müdafiəçiləri ilə görüşüblər

Martın 1-də hüquq müdafiəçisi Rüfət Səfərov, vəkil Zibeydə Sadıqova və hüquqşünas Xalid Ağaliyev Bakıda səfərdə olan Almaniya Bundestaqının Hüquq Məsələləri Komitəsinin ayrı-ayrı fraksiyaları təmsil edən səkkiz deputatı ilə görüşüb.

Nümayəndə heyətinə Bundestaqın Hüquq Məsələləri Komitəsinin sədri Elisabeth Winkelmeier-Becker rəhbərlik edir.

Hüquq müdafiəçisi Rüfət Səfərov Turan-a bildirib ki, Almaniyanın Bakıdakı səfirliyində baş tutan görüşdə Azərbaycanda insan hüquqlarının mövcud durumu, repressiv mühit, siyasi ağırlıqlı inzibati və cinayət təqibləri, medianın, vətəndaş cəmiyyətinin, hüquq müdafiə təşkilatlarının vəziyyəti, xüsusilə, Almaniyadan deposrtasiya edilən, sonradan “saxta ittihamlar üzrə həbs edilən”, bəzi hallarda işgəncələrə məruz qalan müxalif fəalların işləri, inanclı şəxslərin kütləvi həbsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Görüşdə həmçinin Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann, səfirin müşaviri Marcel Vietor iştirak edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button