2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Almaniya şirkətləri Qarabağda su kəməri və kanalizasiya sistemi tikəcəklər

Almaniya-Azərbaycan Xarici Ticarət Palatası Almaniyanın altı şirkətinin səfərini və  Azərbaycanın dövlət qurumları ilə  görüşlərini təşkil edib. Almanlar Qarabağ iqtisadi regionunda su kəməri-kanalizasiya şəbəkələrinin tikintisində iştirak etmək istəyirlər.

Bakıda bu məsələyə həsr olunmuş konfransda Almaniya şirkətlərinin nümayəndələri öz imkanlarını və digər ölkələrdə görülən işləri nümayiş etdiriblər.

Palatanın icraçı üzvü Tobias Bauman deyib ki, mətbuatda Bakı və Berlin arasında müəyyən “siyasi fikir ayrılıqları” barədə çoxlu məlumatlar dərc olunur. Əslində Azərbaycan və Almaniya “sıx iqtisadi əməkdaşlığı saxlayırlar”.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, əvvəlcə şirkətlərin nümayəndələrinin Qarabağa səfəri planlaşdırılırdı, lakin “açıqlanmayan səbəblərə” görə səfər baş tutmayıb. Bauman əmin olduğunu bildirib ki, daha sonra belə səfər baş tutacaq.

Almaniyanın Azərbaycandakı diplomatik missiyasının rəhbərinin müavini Heyko Şvarts bildirib ki, onun ölkəsinin Xarici İşlər Nazirliyi digər ölkələrin əhalisinin təmiz su ilə təchizatı probleminə böyük diqqət yetirir. O hesab edir ki, Almaniya Azərbaycana faydalı ola bilər, Almaniya şirkətləri və texnologiyaları azad edilmiş ərazilərdə idarə olunan çirkab və təmiz su sisteminin qurulmasına kömək edəcək.

Konfransda Almaniyanın Lutz-Jesco GmbH, Megger Germany GmbH, Herrenknect, Siemens AG Osterreich, Bioworks Verfahrenstechnik GmbH, GuPont Water Solutions şirkətlərinin nümayəndələri  çıxış ediblər.

Azərbaycan prezidentinin azad edilmiş ərazilərdə xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev qeyd edib ki, Almaniya şirkətlərinin gəlişi vacibdir, çünki Azərbaycan yaşıl texnologiyaların tətbiqilə yüksək texniki səviyyədə bərpa işləri aparmaq niyyətindədir.

Almaniya şirkətlərinin nümayəndələrinin səfərinin təşkilində və konfransın keçirilməsində Almaniya Federal Ətraf Mühit və Nüvə Təhlükəsizliyi Nazirliyi iştirak edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button