Bizim tərcümə

Almaniyada hava limanlarında tətil, uçuşlar ləğv edilib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-13 15:38:22

class=”medianet-inline-adv”>

Alman həmkarlar ittifaqı Verdinin çağırışı ilə təhlükəsizlik işçiləri Berlin, Hannover, Hamburq və Bremen hava limanlarında 24 saatlıq tətilə başlayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Berlin Hava Limanından verilən açıqlamada, tətil səbəbiylə təyyarələrin havaya qalxmayacağı, gələn uçuşların da tətildən təsirlənə biləcəyi bildirilib. Hamburq hava limanı da oxşar bəyanatla reyslərin ləğv ediləcəyini və ya ləngiyəcəyini, Bremen hava limanı isə bu gün uçuşların olmayacağını açıqlayıb.

Yerli mənbələrdən verilən açıqlamaya görə, Berlində 200-ə yaxın reys ləğv edilib, hava limanına enişlərin üçdə birinin isə ləğv ediləcəyi gözlənilir. Hamburq hava limanı, planlaşdırılan 123 uçuşun hamısının və hava limanına 121 reysdən ən azı 50-nin ləğv edildiyini bildirdi.

Verdi həmkarlar ittifaqı, yaşayış xərclərinin artması fonunda maaşlarının yetərli olmadığını iddia edərək, dövlət sektoru işçilərinin, hava limanının yerüstü xidmət işçilərinin və mühafizəçilərin maaşlarının artırılmasını tələb edir. Həmkarlar ittifaqı işçilər üçün 10,5 faiz və ya ən azı 500 avro artım istəsə də, indiyədək iki tərəf arasında aparılan danışıqlarda irəliləyiş əldə olunmayıb. Həmkarlar ittifaqı ilə işəgötürənlər arasında yeni danışıqların martın 27-də başlayacağı gözlənilir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button