Bizim tərcüməDünya

Almaniyada məktəb həyətinə bıçaqlı hücum! Yaralılar var

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Almaniyanın paytaxtı Berlində Neukölln Protestant Məktəbinin bağçasında baş verən bıçaqlı hücumda biri ağır olmaqla 2 qızın yaralandığı bildirilib.

Berlin polisindən verilən açıqlamada, Neukölln şəhərinin Maynzer küçəsində yerləşən məktəbdə biri ağır olmaqla 7 və 8 yaşlı iki qızın yaralandığı bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Açıqlamada yaralanan uşaqların xəstəxanaya aparıldığı, təcavüzkarın isə hadisə yerində nəzarətə alındığı bildirilib.

Açıqlamada polisin hadisə ilə bağlı araşdırma başlatdığı qeyd edilib.

Yerli mətbuatın məlumatına görə, məktəb bağçasında bıçaqlı atak nəticəsində iki qız yaralanıb və helikopterlə xəstəxanaya aparılıb. Xəbərdə hadisəni törədənin yetkin bir şəxs olduğu, çoxlu sayda uşağın hadisənin şahidi olduğu bildirilib.

Almaniyanın DPA Xəbər Agentliyinin xəbərində nəzarətə alınan şübhəlinin 39 yaşlarında bir şəxs olduğu, qızları tanıyıb-tanımadığının bilinmədiyi qeyd edilib.

Neukölln Protestant Məktəbi 1-ci sinifdən 13-cü sinfə qədər şagirdlərə dərs deyir. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button