2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Almaniyada RT-nin almanca yayımına qadağan qoyuldu

RT-nin telegram-kanalında deyilir ki, Almaniya tənzimləyicisinin bu qərarından məhkəməyə şikayət veriləcək

Saytların yığılması Saytlarin yigilmasi

Almaniyanın MAAB media tənzimləyicisinin qeydiyyat və nəzarət komissiyası Rusiyanın RT telekanalının almanca versiyasının yayımlarının dayandırlmasına göstəriş verib.

Fevralın 1-i tarixli qərarda deyilir ki, telekanalın Almaniya ərazisində yayımlar üçün lisenziyası yoxdur.

Bu da xəbər verilir ki, qadğan telekanalın peyk, internet və mobil tətbiqlər, habelə smart TV-lərlə yayılmasına da şamil edilir.

Qərarda qeyd olunur ki, Almaniya qanunvericiliyinə görə telekanalın fəaliyyətinə başqa heç bir sənəd icazə verə bilməz.

RT-nin telegram-kanalında deyilir ki, Almaniya tənzimləyicisinin bu qərarından məhkəməyə şikayət veriləcək.

Simonyan almanların yadına Stalinqradı salır

RT-nin baş redaktoru Marqarita Simonyan Twitter-də iddia edir ki, sözü gedən qadağan yalnız RT DE Productions şirkətinə aiddir və RT DE şirkətinin Moskvadan yayınları davam etdirilə bilər.

Simonyan yazır ki, bu kanalın Almaniyada və Avropanın daha 32 ölkəsində yayın hüququ var.

Marqarita Simonyan almanları “sancmağı” da unutmayıb:

“Almaniya tənzimləyicisinin ayrıca olaraq yadına salıram ki, bugün Stalinqradın ildönümüdür. Yəni Stalinqrad qələbəsinin”.

Rusiyanın Xarici İşlər Nazirliyi fevralın 2-də bəyan edib ki, “Rusiyanın narahatlıqları Almaniya tərəfindən nümayişkəranə şəkildə qulaqardına vurulub” və buna görə də Moskva Rusiyada akkreditə olunmuş Almaniya kütləvi informasiya vasitələrinə, habelə RT-nin hesablarını öz platformalarından silmiş internet vasitəçilərinə qarşı cavab tədbirlərinə başlayacaq.

Belə görünür ki, Rusiya XİN “internet vasitəçləri” dedikdə YouTube platformasını nəzərdə tuturdu. Beləki bundan əvvəl YouTube dezinformasiya yaydığına görə RT DE kanalını bloklamışdı.

RT-nin alman dilində sutka ərzində yayınları Serbiya tərəfindən verilmiş lisenziya ilə ötən il dekabrın 16-dan başlanıb.

O vaxt RT bildirmişdi ki, Avropa qanunlarına görə yayın hüququna malikdir.

Bundan əvvəl RT Lüksemburqda lisenziya almağa çalışsa da, müraciəti rədd edilmişdi.

Lüksemburq hersoqluğunun hökuməti bildirmişdi ki, kanalın əksər işçiləri Almaniyadan işləyirlər və buna görə də Almaniya yurisdiksiyasına tabe olmalıdırlar.

Almaniyada xarici dövlət telekanallarına lisenziya verilməsi qadağandır. MABB RT-yə peyklə yayınları artıq dekabr ayında qadağan edib.

Lavrova rədd cavabı verilmişdi

O vaxt Rusiya XİN-in sözçüsü Mariya Zaxarova demişdi ki, Moskva RT yayınlarının qadağanına cavab tədbirləri görəcək.

Onda planlaşdırılan tədbirlər barədə məlumat verilməmişdi. Lakin yanvar ayında “Kommersant” qəzeti anonim mənbəyə istinadən yazırdı ki, cavab tədbiri olaraq əvvəllər “Alman dalğası” adı ilə tanınan DW Deutsch və DW-TV kanalının yayınları qadağan edilə bilər. Bundan başqa Rusiya KİV-lərinə Almaniya şirkətlərinin reklamlarını vermək qadağan edilməliydi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button