Bizim tərcüməDünya

Almaniyada zəlzələ ilə bağlı qalmaqallı açıqlama! Reaksiyalara səbəb oldu… Xəstəxana rəhbərliyindən açıqlama

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardım kampaniyalarının təşkil edildiyi Almaniyada bir xəstəxanada edilən açıqlama reaksiyalara səbəb olub. Baden-Vürtemberdəki Ulm Universitet Xəstəxanasından verilən yazılı açıqlamada, istifadə müddəti bitmiş və ya atılmalı olan materialların zəlzələ bölgələrinə göndərilə biləcəyi bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu açıqlama Türkiyə vətəndaşlarının reaksiyasını çəkərkən, xəstəxana rəhbərliyindən açıqlama gəldi. Xəstəxanadan edilən yazılı açıqlamada, yardım kampaniyasının xəstəxana tərəfindən təşkil edilmədiyi vurğulanıb və “Elan universitetimizin xəstəxanasının rəsmi məktubu deyil. Sözügedən mətn daxili yazışmada elektron poçtdan götürülüb. Anlaşılmazlığa görə çox üzr istəyirik”.

Açıqlamanın davamında xəstəxananın mövzu ilə bağlı fəaliyyəti haqqında məlumat verilib.

“Hazırda istifadə müddəti bitmiş, lakin tam işlək, yüksək keyfiyyətli və orijinal qablaşdırılan sarğılar, mədə boruları və ya kateterlər xəstəxana məntəqələrində yığılır. Tərkibində heç bir dərman olmadığı açıq şəkildə ifadə edilən bu materiallar böhran bölgələrinə dəstək olmaq üçün bəzi təşəbbüslərə ötürülür. İstifadə müddəti bitmiş materiallar və xəstəyə qulluq üçün lazım olan materiallar xəstəxana tərəfindən üçüncü şəxslərə verilə bilməz. (İHA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button