2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Alqış Musayev şikayətçi jurnalisti vəkil vasitəsi ilə hədələdi

“Hələ bu sənin yaxşı günlərindir”

Baş redaktor Alqış Musayev kollektiv üzvlərini həmkarlarına qarşı çıxış etmək üçün kütləvi şəkildə məhkəməyə göndərib

10 noyabr 2022-ci il tarixində jurnalist Qaşqay Ziyəddinoğlunun (Qaşqay Ziyəddin oğlu Ramazanovun) Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə iddiası əsasında Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə növbəti hazırlıq iclası keçirilib.

Qaşqay Ziyəddinoğlunun media orqanları üçün yaydığı açıqlamasında qeyd edilir ki, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev az qala kollektivin yarısını budəfəki hazırlıq iclasında yalançı şahidlik etmək üçün məhkəməyə göndərib. Hazırlıq iclasında A.Musayevin tutduğu vəkil əvvəlcə iddiaçıya hədə-qorxu gəlməyə başlayıb: “Hələ bu sənin yaxşı günlərindir”. Sonra A.Musayevin qəsdən göndərdiyi və gərginlik yaratmağa çalışan şahidlərin ifadələri dinlənilib, işlə bağlı sənədlər məhkəməyə təqdim edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra jurnalistin “Yeni Azərbaycan” qəzetinə qarşı iddiası əsasında məhkəmə prosesinin baxış iclası 30 noyabr 2022-ci il tarixinə təyin olunub.

Xatırladaq ki, məhkəmə iddiası Qaşqay Ziyəddinoğlunun qanunsuz olaraq işdən azad edilməsinə görə qaldırılıb və iddiaçı cavabdeh tərəfdən işə bərpa olunmasını, məcburi işburaxma dövrü üçün əməkhaqqının tam şəkildə ödənilməsini, habelə son 10 ay ərzində peşəkar fəaliyyətinə maneçilik törədildiyinə, işgüzar nüfuzuna xələl gətirildiyinə görə əlavə təzminat tələb edir.

Məlumat üçün onu da bildirək ki, tanınmış jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Qaşqay Ziyəddinoğlu Milli Mətbuatın 145 illik yubileyi ilə əlaqədar olaraq 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button