2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

AMEA-nın mətbuat xidməti: ”Avtobus’, yaxud ‘cib müxalifəti’…’

Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidməti son günlər bəzi kütləvi informasiya vasitələrində bu qurumun prezidenti akademik Ramiz Mehdiyevə tənqidlərə cavab verib.

Saytların yığılması Saytlarin yigilmasi

Cavabda qeyd edilir ki, açıq-aşkar sifariş mahiyyəti daşıyan və diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmağa hesablanmış bu tamaşanın birinci pərdəsində əsas rollar xalq arasında daha çox “avtobus”, yaxud “cib müxalifəti” kimi tanınan müxtəlif partiya liderlərinə ayrılıb.

Qurum bu sırada bəzi deputatları da saxta seçilməkdə və trolluqda günahlandırır. “”Cib müxalifəti” kateqoriyasına aid olan partiya rəhbərlərinin də akademik Ramiz Mehdiyevin vasitəsilə gündəmi dəyişmək cəhdləri cəmiyyətdə gülüş doğurub”, – açıqlamada yazılıb.

Açıqlamaya görə, belə şəxslərin vəzifəsi ara-sıra efirlərdə peyda olub hay-küy salmaq, müxalifət və söz azadlığı imitasiyası yaratmaq, həmçinin müəyyən qüvvələrin maraqlarına müvafiq şəkildə gündəmi dəyişməyə çalışmaqdır: “Belə adamların tərifi də, tənqidi də icazəlidir, limitlidir. Onlar azad deyillər, öz iradələri ilə danışmırlar. Azad olmayan insan başqalarına necə azadlıq gətirə bilər ki?”.

Mətbuat xidmətinə görə, bəzi çıxışlarda daim vurğulanır ki, guya Azərbaycanda rus məktəblərinin açılması və genişlənməsi Ramiz Mehdiyevin işidir. Həmçinin əlavə edilir ki, onlar öz övladlarını rus məktəblərinə qoyan azərbaycanlıları da xainlər, milli satqınlar adlandırırlar: “O ki qaldı rusdilli məktəblərdə təhsil alan azərbaycanlıların milli satqın olduğuna dair fikrə, bu da tam mənada bir sayıqlamadır. Belə çıxır ki, ölkə rəhbərliyində təmsil olunan və övladları rus bölməsində təhsil almış, yaxud alan şəxslərin hamısı vətən xainləridir”

Akademik Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu ilin oktyabrına qədər Prezident Administrasiyasına rəhbərlik edib. Daha sonra AMEA prezidenti seçilib.

Həmin dövrdən də hakimiyyətə yaxın bəzi kütləvi informasiya vasitələrində ona qarşı tənqidlər başlayıb. O, hətta belə tənqidlərdə Rusiyanın Azərbaycanda təmsilçisi, rus dilinin inkişafında xidmətləri olan şəxs kimi təqdim edilib. Bu yaxınlarda isə bir sıra şəxslər onu AMEA-da islahatlara maneə kimi göstərir və istefasını tələb edirlər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button