2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Amerikada Allah soyadı verilməsinə qadağa

Amerikanın Georgia əyalətində körpələrinə Allah soyadı vermək istəyən bir ailənin müraciəti rədd edilib.

Bilal Valk və Elizabeth Handy 22 ay əvvəl doğulan qız körpələrinə ZalyKha Graceful Lorraina Allah adını vermək istəyib. Cəmiyyətin Sağlamlığı Təşkilatı isə körpəyə ata-anadan birinin və ya hər ikisinin soyadının birdən verilməsini tövsiyə edib. Elizabeth Handy və Bilal Valk isə körpənin rəsmi olaraq adsız buraxıldığını iddia edərək qərara qarşı çıxıb. Amerikan Vətəndaş Azadlıqları Birliyi (ACLU) ailə adına əyalət rəhbərliyinə iddia açıb. Bilal Valk “uca” olduğu üçün, körpələrinə Allah soyadını vermək istədiklərini bildirib. O, “bu qərar ədalətli deyil, şəxsi haqqımız tapdalandı” deyib. Ancaq əyalət vəkilləri qanunun dəqiq olduğunu və doğum qeydiyyatları üçün körpələrin valideynlərin soyadlarını daşıması lazım olduğunu müdafiə edib. Vəkillər ailəyə göndərdikləri məktubda ZalyKhanın ad qeydiyyatı edildikdən sonra körpənin soyadını dəyişdirmək üçün ali məhkəməyə müraciət edilə biləcəyini yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button