2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Amerikalı seçicilər Tramp və Bayden haqqında

“Əvvəllər amerikalılar seçkilərdə daha fəal idilər, onlar əcdadlarının qazandıqları azadlıqları qiymətləndirirdilər. Təəssüf ki, indi çoxları bunu unutmağa başlayıb”.  Bu barədə Şimali Karolina ştatında praymeriz zamanı könüllülərdən biri  Ren Pricen Turan-ın müxbirilə söhbətində deyib.

Səsverməyə gələn seçicilərdən biri “Bayden, yoxsa Tramp” sualına “Bayden”cavabını verib.

“Trampın gündəliyini və davranışını bəyənmirəm”, – o deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“ABŞ Ukraynaya kömək etməlidirmi?” sualının cavabında  seçici bunun vacib olduğunu qeyd edib. “Bayden qalib gələrsə, biz Amerikanın aparıcı rolunu təsdiqləməli və ukraynalılara yardımı davam etdirməli olacağıq”, – seçici deyib.

Başqa bir seçici Bayden, yoxsa Tramp sualına cavab verib ki, hər iki namizəddən xoşu gəlmir. “Hər ikisi yaşlıdır, seçicilərin ehtiyaclarını daha yaxşı başa düşən gənc liderlər lazımdır. Ancaq onların arasında seçim etsək, Baydenə üstünlük verərdim. Trampa gəlincə, o, lider ola bilməyəcəyini sübut edib. Bizim cəmiyyət çox qütbləşib, amma Bayden adamları birləşdirmək üçün az iş görməyib “, – o qeyd edib.

Digər bir seçici hər iki namizədi bəyənmədiyini söyləyib. Onun fikrincə, Bayden və Tramp ABŞ əhalisinin problemlərini adekvat qiymətləndirmirlər.

Birinci dəfə Tramp çox şey edəcəyini vəd etmişdi, amma heç nə etmədi.

“Mənim Amerikam bir ailədir, amma mən istəmirəm ki, dövlət mənə  necə yaşamağı, öz uşağımı necə tərbiyə etməyi mənə öyrətsin, mənim pullarıma nəzarət etsin”, – seçici deyib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button