Bizim tərcümə

Ammonyak daşıyan qatar relsdən çıxıb: 50 nəfər zəhərlənib, 1 nəfər ölüb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-26 14:01:55

Serbiyanın cənub-şərqindəki Pirot şəhərində Niş-Dimitrovqrad dəmir yolu xəttində ammonyak daşıyan yük qatarı relsdən çıxıb.

Aşan vaqonda sızma səbəbindən 51 nəfər zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Serbiya dövlət televiziyası xəstəxanaya yerləşdirilən bir nəfərin öldüyünü açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Dünən yerli vaxtla saat 17.30 radələrində baş verən qəzadan sonra səlahiyyətlilər bölgə əhalisinə evdən çıxmamaq barədə xəbərdarlıq edib.

Sızma səbəbindən Bolqarıstana gedən beynəlxalq magistralda görmə məsafəsinin azalması çoxsaylı qəzalara səbəb olub. Milad bayramı ilə əlaqədar nəqliyyatın sıx olduğu yolda polislər nəqliyyat vasitələrini alternativ yollara yönəldib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button