2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Amnistiya aktı icra olunur

Bu gündən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 2-də keçirilən iclasında qəbul edilmiş amnistiya aktının icrasına başlanılır.

1 saylı cəzaçəkmə müəssisəsində amnistiya aktına əsasən 13 məhbus azadlığa buraxılıb. Amnistiya aktı şamil olunan həmin 13 nəfərin 12-i Azərbaycan, 1-i Gürcüstan vətəndaşıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Amnistiya aktının icrası 15 saylı cəzaçəkmə müəssisəsində də həyata keçirilib. Bu müəssisədən 10 nəfər Azərbaycan vətəndaşı azadlığa çıxıb.

Qeyd edək ki, amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxlər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil ovladı olan, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

Amnistiya aktı 10 min nəfər məhbusu əhatə edəcək. 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək. (“Trend”)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button