Loading...
Loading...
SEÇMƏ

Ana 1 yaşlı oğlunu zəhərləyib öldürməkdə ittiham olunur

Yayımlandı: 12 Sentyabr 2022 12:00

20 yaşlı ananın övladının yeməyinə hidrogen peroksid qatdığı deyilir

Bakıda ana 1 yaşlı oğlunu öldürməkdə ittiham olunur. Suraxanı Rayon Prokurorluğunun yaydığı məlumata görə, hadisə sentyabrın 9-da Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.

20 yaşlı Nərgiz Bağıyevanın uşağın yeməyinə zəhər qatıb öldürdüyü iddia olunur.

“Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qatıb zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, – prokurorluqdan bildirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Nərgiz Bağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Nərgiz Bağıyeva və ya vəkilinin onun uşağını öldürməsi haqda ünvanına səslənən ittihama münasibəti məlum deyil.

Meydan TV

Gözdən qaçırmayın:  Elçin Sadıqov və Əvəz Zeynallı ilə bağlı prezidentə müraciət olundu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button