Loading...
Loading...
Manşet

“Anamın ürəyi sevincdən partlamayıb, hamısı yalandır”

Ağalıda ölən qadının oğlu danışdı

Zəngilanın işğaldan azad olunmuş Ağalı kəndinə köçən Kübarə Sultanova xeyli müddətdir dağınıq skleroz (M.S) və onkoloji xəstəliklərdən əziyyət çəkirmiş.

Bunu Ağalı kəndində Kübarə Sultanovanın gah sevincdən ürəyinin partladığı, gah da həkimin gec gəlməsi nəticəsində dünyasını dəyişdiyi iddialarına cavab olaraq mərhumun oğlu Valeh İsmayılov “Report”a açıqlamasında bildirib.

“Anam birinci qrup əlil və yataq xəstəsi idi. Köçürülmə ərəfəsində bizə tibbi müayinədən keçmək üçün zəng etmişdilər, amma mən anamı aparmaqdan imtina etdim.

Sonra iyulun 21-i Ağalıya köçdük. İki gün vəziyyəti yaxşı idi. Kəndinə qayıtdığına görə sevinirdi. Növbəti gün temperaturu yüksəldi, vəziyyəti pisləşdi. Ağalı kəndində fəaliyyət göstərən tibb məntəqəsindən həkim çağırdıq, gəlib müayinə etdilər. Nə qədər iynə dərman edildisə də, anamın həyatını xilas etmək mümkün olmadı”.

V.İsmayilov anasının vəziyyəti pisləşdiyi zaman həkimin gəlməməsi barədə sosial şəbəkələrdə yayılan iddiaları təkzib edib:

“Anam vəfat edəndən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən zəng etmişdilər, nümayəndələri də gəlmişdi. Tanışlarım, dostlarım yazıb vəziyyətin necə olması ilə maraqlanırlar. Təəssüf edirəm ki, dəqiq olmayan məlumatlar yayılır. Bunu yazanlar zəng edib dəqiqləşdirə bilərdilər. Anamın nə sevincdən ürəyi partlayıb, nə də həkimin gəlməməsi söhbəti olub. Hamısı yalandır”.

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev bildirib ki, Ağalı sakini Kübarə Sultanovanın vəfatı ilə bağlı məlumat alan kimi mərhumun ailə üzvləri ilə əlaqə saxlayıblar:

“Kübarə Sultanovanın oğlu Valeh İsmayilov bizə bildirdi ki, anası ağır xəstə olub və bunun nəticəsində dünyasını dəyişib. Mərhuma Allahdan rəhmət diləyirik, yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

report

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button