2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Ankaradan Bakını qurban vermək tələb edilə bilər” – FƏTÖ gizlinləri

Azərbaycanda rəsmi səviyyədə Fətullah Gülən şəbəkəsinə qarşı mübarizə başlandığı elan edilib. Dövlət rəsmiləri, ayrı-ayrı hakimiyyət funksionerləri FƏTÖ-nun ölkədə demontaj olunacağını bəyan edib.

Prezident Administrasiyası rəsmisi Novruz Məmmədov da fətullahçıların təmizlənəcəyini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Görünən budur ki, rəsmi Bakı Ərdoğanın “gülənçiləri təmizlə” xahişini ən yüksək səviyyədə yerinə yetirir.

Əgər 2014-cü ildə iqtidarda olan bəzi fətullahçılar qeyri-rəsmi şəkildə vəzifədən kənarlaşdırılmışdısa, indi proses açıq və rəsmi şəkildə həyata keçirilir. Bunun səbəbi nədir və rəsmi Bakının qarşılığında Ankaradan alacağı varmı?

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi, siyasi icmalçı Azər Rəşidoğlu 24saat.org-a bildirib ki, bu suala cavab Rusiya – Türkiyə anlaşmasından asılı olacaq:

“Güman edirəm ki, Azərbaycanda gülənçilər deyil, daha çox qərbyönümlü siyasi xadimlər təzyiqə məruz qalır. Əgər Rusiya öz qoşunlarını sülhməramlı adı altında Azərbaycana gətirmək istəyirsə, Ankaradan Bakını qurban verməyi tələb edə bilər. Bu baxımdan, problemə bu müstəvidən yanaşmağın tərəfdarıyam”.

Politoloqun fikrincə, digər tərəfdən, əslində Azərbaycanda “gülənçi ovu” adı altında hakimiyyətin özünün siyasi rəqiblərini sıradan çıxarmaq tendensiyası müşahidə olunur:

“Eyni zamanda “gülənçi ovu” adı altında hakimiyyətdaxili klanların və qruplaşmaların mübarizəsi gedir. Bu mübarizəyə görə təhlükə mövcuddur. Əks təqdirdə mən inanmıram ki, gülənçilərin Azərbaycana o qədər çox ciddi təsiri ola bilsin ki, onlar Azərbaycanda hansısa çox ciddi proseslərin təməlini qoya bilsinlər.

Sadəcə olaraq klanlararası mübarizə şiddətli bir mübarizəyə transfer etdiyinə görə “Gülən təhlükəsi“ adı altında savaş aparılır. Bu savaşın özü təhlükəli ola bilər”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button