2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Anormal kreditləşmə

***

-Əkrəm bəy, Azərbaycanda bankların əhaliyə təklif etdiyi kredit faizləri normaldırmı?

-Azərbaycanda ümumiyyətlə faiz dərəcələri anormaldır. Həm əmanətlər, həm də kreditlər üzrə. Təsəvvür edin ki, əmanətlər üzrə qorunan (sığortalanan) faiz dərəcəsi 12-dir. Belə yüksək faizlə əmanət qəbul edən bank təbii ki, krediti də yüksək faizlə verməlidir. Çünki bildiyimiz kimi, bankların əsas gəlir mənbəyi elə əmanət və kredit faizləri arasındakı fərqdir (marjadır). Həmin fərqdən bankların xərcləri (inzibati, əmək haqqı və s. rəsmi xərclər, habelə qeyri-rəsmi xərclər) çıxılandan sonra yaranan məbləğ bankların mənfəətidir. Ondan da vergi ödəyir, ortada qalan səhmdarların dividend şəklində bölüşdürə biləcəyi xalis mənfəətdir.

Saytların yığılması Saytlarin yigilmasi

Düzdür, bizdə bankların marjası hətta əmanət üzrə faizlərin belə yüksək olması fonunda belə çox böyükdür. Səbəbi bankların kredit riskinin yüksək olmasıdır. Verilən kreditlərin qaytarılmama və ya çətin qaytarılacağı riski bizdə böyükdür. Çünki məhkəmə-hüquq sisteminin vəziyyəti qənaətbəxş deyil. Bu da bankların nəinki rəsmi (vəkil, rüsum və s.), həm də qeyri-rəsmi xərclərini artırır. Bankların kreditləri qaytarmaq üçün məhkəmələrə, icra məmurlarına, qiymətəndiricilərə, hərrac təşkilatarına və s. qeyri-rəsmi xərcləri çıxır. Əlbəttə, bütün işlərdə yox. Get-gedə də vəziyyət yavaş-yavaş düzəlir. Amma yenə də problem çoxdur və banklar bu xərclərini kredit faizlərinə yükləyir.

Kölgə iqtisadiyyatının mövcudluğu da bankların problemini artırır. Borcluların xeyli hissəsinin gəliri və ya əsas gəliri qeyri-rəsmidir. Belə vəziyyətdə banklar borcalanların maliyyə imkanlarını düzgün qiymətləndirməkdə çətinlik çəkdiyi üçün faizləri daha da artırırlar ki, mümkün itkilər bağlansın.

Digər tərəfdən, banklarımızın Mərkəzi Bankdan kredit alması üzrə şəffaf və birmənalı mexanizmi yoxdur. Bu gün Mərkəzi Bankın uçot dərəcəsi, yəni banklara verdiyi kreditin faizi 6,25-dir, amma əksəriyyəti belə kreditləri nədənsə alıb ucuz maliyyələşmə imkanından istifadə edə bilmir. Ona görə də qalıblar əmanətçilərin ümidinə. Əmanətçilərimiz də əsasən yüksək faizlə əmanət qoymaq istəyir. Bax, beləcə qapalı dairəyə düşmüşük.

Zənnimcə, ilk növbədə əmanətçilərin psixologiyası dəyişməlidir. Başa düşməlidilər ki, əmanət qazanc mənbəyi deyil. Əmanət ilk növbədə pulun təhlükəsiz saxlanılması və istifadəsi alətidir. Cüzi faiz qazanmaq isə ikinci məsələ olmalıdır.

-Niyə kredit faizləri bölgələr üzrə dəyişir? Məsələn, bəzi bölgələrdə kredit faizləri daha yüksəkdir. Bu nə ilə əlaqədardır? Və bu məntiqlidirmi?

-Çünki regionlarda kredit riskləri daha yüksəkdir. Həm borcalanların maliyyə imkanları daha aşağıdır, həm orada götürülən girov əmlakı satmaq da xeyli çətindir. Yəni burada məntiq var. Bazar iqtisadiyyatında risk nə qədər yüksəkdirsə, faiz dərəcəsi də bir o qədər böyük olur.

Ən çox kredit alan əhali Bakı, Sumqayıt və Gəncədə yaşayır. Bu nəyin göstəricisidir? Həmin şəhərlərdə kredit faizinin aşağı olduğuna görə insanlar daha çox kredit alır, insanların ehtiyacı digər rayonlara nisbətən daha çox olduğu üçün kredit götürməli olur, yoxsa əksinə, insanların iş yerləri olduqları üçün, yəni qaytara biləcəklərinə əmin olduqları üçün kreditə daha çox üz tuturlar?-

Elə həmin məsələdir. Bu regionlarda insanların gəliri də daha yüksəkdir, qoyduqları girovlar da daha likvidlidir. Yəni çox kredit almaq ehtiyacın daha yüksək olması ilə bağlı deyil. Onsuz da Adəm övladının gözü heç vaxt doymayacaq. Nə qədər yaxşı yaşasa da, daha çox şey istəyəcək. Ona görə də bu regionların əhalisi digərlərindəkilərindən daha yaxşı yaşasa da, kredit hesabına bundan da yaxşı yaşamaq istəyir.

Azərbaycanda ipoteka kreditləri də 4-8 faizdir. Bankların daxili ipoteka kreditləri isə 10 faizdən başlayır. Bu faiz yüksək məbləğli kreditlər üçün böyük rəqəm deyilmi?

-Əslində bankların 12 faizlə əmanət qəbul etdiyi halda hətta 10 faizlə ipoteka vermələri də təəccüblüdür. Deməli, bu kreditlər əmanət hesabına deyil, başqa mənbələr hesabına verilir. Amma yenə əvvəl dediyim kimi, bütövlükdə faiz dərəcələrinin bizdə yüksək olmasını nəzərə alsaq, bankların öz hesabına 10 faizlə ipoteka krediti verməsi əslində müsbət haldır.

-Normal ölkələrdə kredit faizləri və ipoteka kreditləri neçə faizlə verilir?

-Ölkələr arasında fərq böyükdür. Bəziləri hətta mənfi faizlə kredit verir. Orta göstərici 3-5 faiz təşkil edir.

-Azərbaycanda kredit faizlərinin normallaşdırılması kimdən asılıdır? Banklardan yoxsa, Mərkəzi Bankdan? Ümumiyyətlə kreditlərin, eləcə də ipoteka kreditlərinin normal faiz və şərtlərlə verilməsi üçün hansı addımlar atılmalıdır?

-İlk növbədə bu məhkəmə-hüquq sistemindəki islahatlardan asılıdır. Normal biznes mühiti olmalıdır. Kölgə iqtisadiyyatının həcmi azalmalıdır. Bu istiqamətlərdə iş gedir. Yeni kadrlar bu işləri görür. Amma vəzifələrdə qalmış köhnə kadrların çoxu buna mane olur.

Digər tərəfdən, bank qanunvericiliyi yenilənməlidir. Prezidentin Bank Məcəlləsinin hazırlanması üzrə 17 il əvvəl verdiyi tapşırığı nəhayət icra olunmalıdır.

Təbii, bank tənzimlənməsi və nəzarəti sahəsində də köklü islahatlar aparılmalıdır. O cümlədən kadr məsələsində.

Bunlar olsa, qalanı öz-özünə düzələcək.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button