2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ANS-dən gedən jurnalistdən yeni AÇIQLAMA

ANS televiziyasını tərk edən jurnalist Tünzalə Rafiqqızı işdən çıxmasının səbəbini açıqlayıb.

Publika.az xəbər verir ki, xanım jurnalist işdən ayrılmaq üçün 40 gün əvvəldən ərizə yazdığını bildirib.
“Bu gün saytlarda statusumla bağlı xəbərlər yayıldı. Amma təəssüflər olsun ki, bəzi hımkarlarım iş yoldaşlarımın işdən çıxma xəbərləri ilə mənim ayrılmağımın səsəblərini eyniləşdirdilər. Amma bu qətiyyən belə deyil. Mənim ANS-lə yollarımı ayırmamın öz səbəbləri var! Mən hər şeydən əvvəl ANS məktəbini keçdiyim üçün başda Vahid Mustafayev olmaqla rəhbərliyimə minnətdaram. Bəli, mən ANS-ə gələndən illər öncə Tünzalə Rafiqqızı imzasını tanıtmışdım. Orada olduğum bu illər ərzində isə imzamı daha da qüvvətləndirdim. Bunun üçün yuxusuz gecələrimi, əsəblərimi, zehnuimi xərclədim. Sözün əsl mənasında çox şey öyrəndim. İşdən ayrılma səbəblərimə gəlincə, bu barədə ayrıca açıqlamam olacaq. Sadəcə qısa olraq onu deyə bilərəm ki, buna özüm qərrar vermişəm. 40 gün əvvəldən ərizə yazmışam. Müqaviləyə uyğun olaraq bu müddət ərzində işləmişəm. Son 10 günü də illik əmək məzuniyyətimə çıxmışam”, – Tünzalə Rafiqqızı əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button