2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“ANS-i terrorçuluqda ittiham etmək üçün heç bir əsas yoxdur”

 

Arif Əliyev: “Onu bu məsələdə ittiham etmək absurddur”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev 24saat.org-a açıqlamasında ANS-in terrorizmin təbliğində ittiham edilməsinə və müvəqqəti olaraq bağlanmasına münasibət bildirib. Ekspert telekanalı bu məsələdə ittiham etmək üçün əsas olmadığını bildirib:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu məsələdə Azərbaycan düşünülməmiş addım atır. Türkiyənin tələbinə tələsik reaksiya verib. Bəlkə də hansısa başqa sahədə göstərdiyi diqqqətsizliyin əvəzini çıxmaq üçün belə bir addım atıb. Amma ANS-i bu ittihamla cəzalandırmaq üçün heç bir əsas yodur. ANS-in terrora dəstək vermək fikri olsaydı, o bunu hərbi çevriliş cəhdi baş verən zaman edərdi. Bir neçə gündən sonra, əsas təşkilatçılar həbs ediləndən sonra özü-özünün düşməni deyil ki, qiyam yatırılandan sonra qiyama dətək vermək haqqında düşünsün. Bu, absurddur.

İkincisi, Gülənlə Ərdoğanın hansı problemləri olmasından asılı olmayaraq, Azərbaycan Güləni nə terrorçu kimi tanıyır, nə də onun dəstəsini terrorçu təşkilat kimi qeydiyyata alıb. Odur ki, ANS-in baş verən olaylar haqqında ətraflı məlumat vermək üçün jurnalistika prinsiplərinə uyğun olaraq bu addımı atmağa, başqa tərəflərin mövqeyini çatdırmağa imkanı var idi. Başqa məsələ ki, əgər ANS-in hansısa bir çağırışı olsaydı, o zaman baş verənlərə bəlkə də haqq qazandırmaq olrdı. Lakin şəxsən mən belə bir çağırışa şahid olmamışam”.

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button