2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ANS TV-nin bağlanması Azərbaycanda hüququn zorlanmasıdır

Tanınmış media eksperti Ələsgər Məmmədli Facebook səhifəsində ANS-in bağlanmasına münasibət bildirib:

“ANS TV-nin bağlanması Azərbaycanda hüququn zorlanmasıdır. Hüququn üstünlüyünü mənimsəyən heç bir ölkədə belə utancverici bir addım atılmayıb və atıla da bilməz. Bu öz yerində.
Məni məsələnin başqa tərəfi maraqlandırır. ANS-in tezliyi əlindən alındı, kameraları ki əlindədəir. Onun eyni heyətlə fəaliyyətini olduğu kimi internetdə davam etdirməsinə hüquqi məhdudiyyət yoxdur. Amma ANS 15 iyul saat 18-30 dan internet səhifəsini yeniləmir.
ANS rəhbərliyi cəmiyyətə qarşı dürüst olmalıdır. ANS-in internet səhifəsini əgər onun əlindən alıb və ona çıxışı məhdudlaşdırıblarsa, bunu açıq söyləməlidirlər. Əgər onların internet səhifəsinə ölkə ərazisindən qanunsuz blok qoyulubsa, bunu ancaq onlar bilir və onlar ictimailəşdirə bilərlər. Rəsmi qurumlara yaxın mənbələr ortaya belə bir xəbər buraxırlar ki, ANS özü Azərbaycan və Türkiyə DNS-lərini bağlayıb və ona görə burdan giriş mümkün deyil. Maraqlıdır ki, tor üzərindən ANS-in internet səhifəsinə girilir və orda son xəbər Ərdoğanın telefon zəngidir!!!
ANS bu gündən sonra əgər fəaliyyətini internet üzərindən aparsa və 20 il öncəki ANS kimi davam etsə qısa müddətdə bütün cəmiyyət yenə ona baxacaq. Amma MTRŞ-ın minnətli tezliyində yox, dünyanın özgür netində….”

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button