2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Apellyasiya Məhkəməsi Araz Əliyevi həbsdə saxlayıb

Bakı/29.12.23/Turan: Bu gün  Bakı Apellyasiya Məhkəməsində “Üçüncü Respublika” platformasının həmtəsisçisi Araz Əliyevin həbsilə bağlı şikayətə baxılıb.

Əliyev dekabrın 23-də saxlanılıb, ertəsi gün məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmamaq) maddələrilə 25 sutka həbs cəzasına məhkum edib.

Müdafiə tərəfi apellyasiya şikayətində göstərib ki, Əliyev ona qarşı irəli sürülən hüquq pozuntularını törətməyib, saxlanılarkən özü fiziki təzyiqə məruz qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Buna baxmayaraq, məhkəmə şikayəti təmin etməyib, vəkil Nemət Kərimli Turan-a bildirib.

Onun sözlərinə görə, saxlanma zamanı zorakılıqla bağlı prokurorluğa şikayət edib.

Ancaq hələlik bununla bağlı ondan ifadə alınmayıb.

Vəkilin sözlərinə görə, Araz Əliyevin Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanma məntəqəsində rəftardan şikayəti yoxdur. –06B-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button