2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Apellyasiya Məhkəməsi Əziz Orucovu həbsdə saxlayıb

Bakı/08.01.24/Turan: Yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsi Kanal-13 İnternet- televiziyasının rəhbəri Əziz Orucovun ev dustaqlığına buraxılmasından imtinaya dair şikayəti təmin etməyib.

Vəkil Aqil Layıc Turan-a bildirib ki, müdafiə tərəfi qərarın müsbət olacağını güman etmirdi, ancaq sonradan  Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün belə bir şikayət verilməliydi.

Layıc qeyd edib ki, Orucov ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmir və cinayət işini jurnalist fəaliyyətilə əlaqələndirir.

Saytların yığılması Saytlarin yigilmasi

* Orucov noyabrın 27-də saxlanılıb və 188.2-ci maddə (qanunsuz tikinti) ilə ittiham olunub. Ertəsi gün məhkəmə onu üç ay həbs edib.

Dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. Orucovu 8 ilədək həbs təhlükəsi gözləyir.

2017-ci ildə Əziz Orucov qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxaraq ittihamı ləğv etdi. -16B06-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button