2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun ofisindən götürülmüş sənədlərin qaytarılmasından imtina edib

Bakı/23.12.23/Turan: Dekabrın 22-də Bakı Apellyasiya Məhkəməsində Demokratiya və Rifah Partiyasının ofisindən götürülmüş sənədlərin qaytarılmasından imtinaya dair şikayətə baxılıb.

Vəkil Zibeydə Sadıqova bildirib ki, məhkəmə şikayəti təmin etməyib və Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Bu sənədlər İqtisadi Araşdırmalar Mərkəzinə aiddir. Qubad İbadoğlu isə tamamilə başqa maddələrlə həbs edilib. İstintaq beş aydır davam edir. Sənədlərə baxış və ekspertiza tamamlanıb. Buna görə sənədlər geri qaytarılmalı və möhür binadan çıxarılmalıydı”,- Sadıqova deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, prosesdə İbadoğlunun özü də iştirak edib. “O dedi sənədlərin bu işə aidiyyatı yoxdur və geri qaytarılmalıdır”, – vəkil deyib.

Bu il iyulun 24-də Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə həbs edib.

O, saxta pulların hazırlanmasında (Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi), həmçinin 167-3.1-ci maddə  (ekstremistyönlü materialların saxlanması və yayılması) ilə ittiham olunub.

Azərbaycan Daxili İşlər Nazirliyi bildirib ki, Qubad İbadoğlu 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə bağlı əməliyyat çərçivəsində saxlanılıb. Qubad İbadoğlu ittihamları rədd edərək, həbsinin siyasi sifariş olduğunu bildirib.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenlər Qubad İbadoğlunu azad etməyə çağırıblar.-16D06-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button