2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Aprel döyüşləri Əliyevlərin ambisiyası idi?

Aprel şəhidlərimiz unudulmayacaq!

Saytların yığılması Saytlarin yigilmasi

Aprel döyüşləri Azərbaycan ordusunun qəhrəmanlıq salnaməsidir. Bunu kimsə inkar edə bilməz. İllər keçsə də, bu salnaməni yazan igidlərin adı tarix kitablarında əbədi qalacaq. O döyüşlər Azərbaycan insanının qəlbindəki vətən, torpaq sevgisinin ölmədiyini bir daha ortaya qoydu. Dünyaya göstərdi ki, nə bu xalq, nə də bu xalqın əsgəri öz torpaqlarının işğalda qalması ilə barışmaq niyyətində deyil. O qanlı döyüşlər zamanı xalq öz əsgəri ilə tək ürək oldu, könüllü savaşa getmək istəyənlərin böyük sırası yarandı.

Amma Əliyev hökuməti nə etdi? Müəmmalı şəkildə başlayan döyüşləri müəmmalı şəkildə də dayandırdı. Bu, İlham Əliyevin 17 illik prezidentliyi dövründə verdiyi il hərbi komanda idi ki, onda da orduya “dayan” əmri verdi. Həm də utanmadan xalqın qarşısına çıxıb dedi ki, biz döyüşləri erməni tərəfinin xahişi əsasında dayandırdıq. Təsəvvür edirsiniz, bunu bir ali baş komandan deyir. 150-dən artıq insanın ölümü, yüzlərlə insanın yaralanması və fiziki sağlamlığını itirməsi hesabına başa gələn döyüşü düşmən tərəfin xahişi ilə dayandıran komandan görmüsünüz? Xatırlayırsınızsa, o zaman bir yüksək rütbəli hərbçi yazmışdı ki, əgər orduya geri çəkilmək əmri verilməsəydi, qısa müddətə Xankəndinə gedib çıxmaq imkanı və əzmi vardı. O zaman sual yaranır, İlham Əliyevi döyüşə başlamağa və dayandırmağa vadar edən nəydi? Doğrudanmı, o döyüşlər yüzlərlə insanın taleyi üzərində qurulan bir oyun idi? Döyüş  qaydaları haqqında heç bir bilgisi olmayan Əliyev nəyi sınamaq istəyirdi ki? Öz ambisiyalarını ortaya qoymaq istəyən bir baş komandana insanların qanı üzərində oyun oynamaq haqqını kim verib? İlham Əliyev kimə, nəyi sübut etmək istəyirdi? Bu sualların cavabı hələ də kimsəyə aydın deyil.

Müharibənin öz qanunları var. O qanunlar torpaq, vətən naminə ölməyi də, öldürməyi də əmr edir. Qəddar qanunlar olsa belə,şərtlər budur. Tarix öz ölkəsinin istiqlalı naminə əsgərinə ölməyi əmr edən necə böyük sərkərdələr görüb. Elə öz ölkəsini canı qədər sevən Atatürk də düşmənlə döyüşə girən əsgərlərinə “sizə vətən naminə ölməyi əmr edirəm” demişdi. Çünki o özü də bir döyüşçü idi. Gənclik illərindən at belində savaşa-savaşa böyük döyüş yolu keçmiş, soyuq səngərlərdə yatmış, dəfələrlə ölümlə burun-buruna gəlmişdi. Atatürk yadelli düşmənlərin üzük qaşı kimi mühasirəyə aldığı Türkiyəni ölümün gözünə dik baxaraq xilas etmişdi. Qurtuluş savaşını dava yoldaşları ilə döyüşdən-döyüşə atılaraq qazanmışdı. O, vətən naminə təkcə əsgərlərinə deyil,  özünə də ölməyi əmr etmiş komandan idi. Bir savaşçı komandan belə tarix yazır, düşməni belə məğlub edir, belə zəfər qazanır, ölkəsini belə xilas edir. Hərb qanunlarını anlamayan, torpaq, vətən sevgisinə yabançı olan, öz siyasi ambisiyaları üçün səbəbsiz, nəticəsiz şəkildə əsgərlərini ölümə göndərən adamdan baş komandan olmaz. Necə ki, bunu 4 il əvvəl aprel döyüşlərində Əliyev etdi. Sadəcə, ali baş komandan kimi gücünü dünyaya göstərmək üçün etdi. Amma onu da bacarmadı, yüzlərlə insanın qanı üzərində qurulan “dava-dava” oyununu yarıda dayandırıb, “geriyə çəkil” əmri verməklə döyüşün uğurunu da heçə endirdi.  İlham Əliyevin uğursuz baş komandan olması onun 17 illik prezidentliyi dövründə tam təsdiqini tapıb. Adam  17 illik müddətdə nə diplomatik yolla, nə hərbi yolla heç bir nəticə əldə edə bilməyib. Əvəzində işğalçı ölkənin rəhbərləri Xankəndini su yoluna döndərib.

Paşinyan nə Xankəndində seçki keçirəndə, nə beynəlxalq olimpiya turniri təşkil edəndə, nə “Qarabağ Ermənistandır” mesajı verəndə, layiqli cavabını aldı. İş o yerə çatıb ki, Paşinyanın arvadı belə, sosial şəbəkədə paylaşım edib Mehriban Əliyevaya mesaj göndərir və hədə-qorxu gəlir. Əliyevlər isə susur. Heç nə olmamış kimi susur. Aprel döyüşlərində şəhid olanlar da, qeyri-döyüş şəraitində qurban gedənlər də bizdən deyilmiş kimi, öz hakimiyyət oyunlarına davam edir Əliyevlər cütlüyü. Aprel döyüşləri də bunların hakimiyyət oyunlarının bir hissəsi idimi? İndi buna kimsənin şübhəsi yoxdur. Bu hakimiyyətin iç üzünə tam bələd olan hər kəs bilir ki, onlar şəxsi ambisiyaları üçün nəinki yüzlərlə, minlərlə, on minlərlə insanın qanının üstündən belə keçməyə hazırdırlar. Hətta bunu vətənpərvərlik maskasının altında gizlənərək də etməyə hazırdırlar…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button