2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ararat Mirzoyan: “Bakı Yerevanla danışıqlar aparmadan bütün şərtlərlə razılaşmağı vacib sayır”

Yayımlandı: 14 Sentyabr 2022 21:53

Azərbaycanın Ermənistana humanitar atəşkəs təklif etdiyi bildirilir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 14-də diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə bildirib ki, Bakı Yerevanla danışıqlar aparmadan bütün şərtlərlə razılaşmağı vacib sayır.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirin sözlərinə görə, Azərbaycan indiki geosiyasi şəraitdə güc tətbiq etməklə, güc tətbiq etmək hədəsi ilə öz tələb və iddialarına nail olmağa çalışır.

“Biz Azərbaycanın dərhal aşağıdakı addımları atmasını gözləyirik: Tam atəşkəs, Azərbaycan silahlı qüvvələrinin öz ilkin mövqelərinə qayıtması, erməni hərbi əsirlərin azad edilməsi”, – deyə Ararat Mirzoyan bildirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşdə deyib ki, Azərbaycan Ermənistana birtərəfli qaydada humanitar atəşkəs təklif edib.

Məlumatı Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi yayıb.

Bildirilib ki, nazir vəziyyətin gərginləşməsinin və sabitliyin pozulmasının Azərbaycanın marağında olmadığını diqqətə çatdırıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası sentyabrın 14-də Ermənistana müraciət edib.

Komissiya 12-13 sentyabr tarixlərində həlak olan 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada təhvil verməyə hazır olduğunu bildirib.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Sentyabrın 13-də Azərbaycan Müdafiə Nazirliyi 50, Ermənistan isə 49 hərbçisini itirdiyi haqda məlumat yayıb. Sentyabrın 14-də isə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan ilə hərbi toqquşmada 105 hərbçi itirdiklərini söyləyib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button