SEÇMƏ

Araz Əlizadə vəfat edib

Yayımlandı: 6 Oktyabr 2022 12:46

Partiya sədri onkoloji xəstəlikdən əziyyət çəkirmiş

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, sabiq deputat Araz Əlizadə oktyabrın 6-da gecə saatlarında vəfat edib.

Partiya sədrinin onkoloji xəstəlikdən əziyyyət çəkdiyi deyilirdi.

Bu barədə Araz Əlizadənin qardaşı Zərdüşt Əlizadə Meydan TV -yə söyləyib.

A.Əlizadə bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.

Araz Əlizadə 1951-ci ildə Bakıda anadan olub.

1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.

1975–1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib.

O, 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 1995-ci ildən 2012-ci ilə qədər ASDP-nin həmsədri olub.

2012-ci ildə partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra Araz Əlizadə sədr olub.

A.Əlizadə 1991–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı, 1991-ci ildə Azərbaycan Respublikasının “Respublika Müdafiə Şurası”nın üzvü olub.

Meydan TV

Gözdən qaçırmayın:  İranda zəlzələ: 50 evin dağıldığı, 580 nəfərin yaralandığı bildirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button