2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Araz Əliyev saxlanma zamanı fiziki təzyiqə məruz qalıb

Bakı/25.12.23/Turan:  Dekabrın 23-də “Üçüncü respublika” platformasının həmtəsisçisi Araz Əliyev fiziki təzyiq tətbiq edilərək saxlanılıb. Bu barədə Turan-a fəalın vəkili Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, Əliyevi küçədə mülki geyimli şəxslər tutublar və ona zərbələr endirərək zorla maşına mindiriblər. Fəal Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə aparılıb. Orada noutbuku ondan alıblar. Bundan sonra ona qarşı protokol tərtib edilib ki, guya “söyüş söyüb” və “polisə tabe olmayıb”.

Dekabrın 24-də səhər məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmamaq) maddələrilə 25 sutka  həbs edib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil bildirib ki, həbsdən apellyasiya şikayəti verəcək və Əliyevə fiziki təzyiq göstərilməsindən prokurorluğa şikayət edəcək.

Əliyevin xanımı Gülarə İsmayılova öz növbəsində bildirib ki, ona da təzyiq göstərilib. O dekabrın 24-də Daxili İşlər Nazirliyinin binası qarşısında təkbaşına etiraz aksiyası keçirərkən saxlanılıb. O, dekabrın 23-də axşam yoxa çıxan həyat yoldaşının taleyinin aydınlaşdırılmasını tələb edib.

Onu 9-cu bölməyə aparıblar. İsmayılovanın sözlərinə görə, zabitlərdən biri onu gender-fəal kimi tanıyıb və etiraz aksiyalarında görərsə, həbslə hədələyib.—21B06-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button