Loading...
Loading...
Siyasət

Arazdəyən Azərbaycana verilir? – Ermənistan təşvişdə

Ermənistanın baş naziri Nikol Paşinyanın Arazdəyənə səfərindən sonra qəsəbədə ölkənin dövlət bayrağı endirilib. Qaynarinfo xəbər verir ki, bu addım Ermənistanda böyük ajiotaja səbəb olub.

Xatırladaq ki, Paşinyanın Ararat rayonuna sonuncu səfərindən sonra Arazdəyənda Ermənistan bayrağı endirilib və “Yerasx” (Arazdəyən) qəsəbəsinin adının hərflərinin bir qismi qoparılıb.
Məlum olub ki, Paşinyanın səfərindən sonra Arazdəyən qəsəbəsinin Azərbaycan tərəfinə qaytarılması ilə bağlı ajiotaj yaranıb, nəticədə qəsəbədə şərab zavodu və yoldakı dequstasiya zalının avadanlıqlarının sökülüb Ararat rayonu mərkəzinə daşınmasına başlanılıb.
Hazırda rayonda, xüsusən də Arazdəyən qəsəbəsində sakinlər çaşqın vəziyyətdədir. Sakinlərin Ermənistan bayrağının endirilməsi ilə bağlı narahat olduqları bildirilir. Dövlət qurumlarının bununla bağlı heç bir açıqlama verməməsi səbəbindən onlar azyaşlı övladlarını və bəzi əşyalarını qəsəbədən çıxaracağa hazırlaşır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olan Arazdəyən kəndi ətrafındakı yüksəklikdə ErmənistanAzərbaycan Ordusunun mövqeləri üzbəüzdür. Yerasx vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiyaya edildiyi kənddir.
Kənd Araz çayının yaxınlığında yerləşdiyinə görə tarixən Arazdəyən adlandırılıb. Ermənistan hakimiyyəti Arazdəyənin adını 1968-ci ildə dəyişdirərək Yerasx qoyub.
Tarixi mənbələrə görə, kənddə əvvəllər ancaq azərbaycanlılar yaşayıb, sonra ora az sayda ermənilər də köçüb gəliblər. Daha dəqiqi, ermənilər bura 1897-ci ildə köçürülüb. Sonuncu deportasiya zamanı – 1988-ci ildə azərbaycanlılar kənddən didərgin salınıb. Son məlumatlara görə, hazırda Arazdəyəndə 900 nəfərə yaxın erməni yaşayır.
Gözdən qaçırmayın:  Tokayev deyib ki, Qazaxıstan özünü Rusiyaya borclu saymır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button