2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Arvadının təhsil haqqını ödəmək üçün soyğunçuluq edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq etməkdə təqsirləndirilən Azər Təhməzovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Təhməzov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, A.Təhməzov özgənin əmlakını talamaq məqsədilə ötən ilin dekabr ayında Firəngiz Hüseynovaya, Sevda İsmayılovaya, Gülnaz İsayevaya və Esmiralda Həsənovaya qarşı soyğunçuluq edib.
Təqsirləndirilən A.Təhməzov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində maddi vəziyyətinin pis olduğunu, həyat yoldaşı Aytac Musayevanın oxuduğu Sumqayıt Dövlət Universitetinin illik təhsil haqqını ödəyə bilmədiyini, pulu ödəmək üçün cinayətə əl atdığını deyib. O bildirib ki, cinayətə onun həyat yoldaşı və qayınanası vadar edib.
A.Təhməzov məhkəmə iclasında istintaqa verdiyi ifadəsini təsdiq etməyib.
Şahid qismində dindirilən A.Musayeva ifadəsində Sumqayıt Dövlət Universitetində təhsil aldığını, təqsirləndirilən A.Təhməzovla 2015-ci ildə tanış olduğunu göstərib: “Azər mikroavtobuslarda pul yığan işləyirdi. Ötən ilin yanvar ayında toyumuz oldu. Toydan sonra müxtəlif ünvanlarda kirayə yaşadıq. Dolanışığımız zəif olduğuna görə daim valideynlərim köməklik edirdilər. Azərin mənim və valideynlərim barədə Bakı İstintaq Təcridxanasında yazdığı ərizə ilə tanış olduq. Orada yazılanlar hamısı yalandır. Nə mən, nə də valideynlərim Azəri cinayət törətməyə vadar etməmişik. Ona pulu ödəmədiyi təqdirdə atamın bizi ayıracağını deməmişik”.
O, Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə ittiham olunub. (Report)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button