2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AŞ müşahidəçisi “2,5 milyon səs manipulyasiya edilmiş ola bilər” deyib

Avropa Şurasının 16 aprel referendumu ilə bağlı Türkiyəyə göndərdiyi müşahidəçi heyətindən avstriyalı millət vəkili Alev Korun “2,5 milyon səsin manipulyasiya edilmiş ola biləcəyinə dair şübhə var” deyib.

Referendum üçün Türkiyəyə müşahidəçi heyəti göndərən bir digər beynəlxalq təşkilat Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilk hesabatını dünən açıqlamış və “YSK’nın son dəqiqədə açıqladığı möhürsüz bülleten qərarı qanunlarla ziddiyyət təşkil edir” demişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident Rəcəb Tayyib Ərdoğan isə ATƏT-ə reaksiya göstərərək “Bunlar özlərinə görə bir hesabat hazırladılar. Əvvəl həddinizi bilin. Sizin hazırlayacağınız siyasi məzmunlu hesabatları nə görürür, nə eşidir, nə də bilirik” demişdi.

Avropa Şurasının müşahidəçisi Alev Korun da möhürsüz bülletenlərin etibarlı sayılmasının problem olduğuna toxunaraq, “Yüksək Seçim Kurulu qanuna zidd olaraq rəsmi möhürü olmayan zərflərin etibarlı sayılması qərarını verdi” deyib. Korun bir adamın birdən çox dəfə səs  verdiyinə dair sosial mediada dolaşan təsdiq edilməmiş  fikirlərə də işarə edib və  bütün şikayətlərin ciddiyə alınmasına çağırıb.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button