2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

ASAN xidmətdə VÖEN açdırmaq olmur -SƏBƏB

Azərbaycanda VÖEN almaq üçün fiziki şəxslər sadəcə şəxsiyyət vəsiqəsilə yaşadıqları ərazinin vergi dairəsinə yaxud ASAN xidmətə müraciət edirlər. 2 iş günü ərzində heç bir rüsum almadan onlara şəhadətnamə təqdim edilir. Hüquqi şəxslər isə fəaliyyət göstərdikləri ərazinin vergi dairəsinə Hüquqi şəxsin təsis sənədləri, rəhbər təyin olunması haqqında icra protokolu, hüquqi şəxsin ünvanı və icarə müqavilələri ilə bərabər müraciət edirlər və 2 iş günü ərzində onlara VÖEN nömrəsi verilir. Hüquqi şəxslərə verilən VÖEN nömrəsi eyni zamanda hüquqi şəxslərin vahid dövlət reystr nömrəsidə sayılır. Hüquqi şəxslərin qeydiyyatı artıq vergilər idarəsi tərəfindən həyata keçirilir. Tək pəncərə sistemi vasitəsilə prosesin daha da sürətlənməsi həyata keçirilir.

Lakin son həftələrdə VÖEN almaq problemə çevrilib. 24.saat.org bildirir ki, ötən ilin son günlərində ASAN xidmətə  VÖEN açmaq üçün müraciət edən vətəndaşlara hələ də şəhadətnamə verilməyib. Onlardan üzr istəyərək bildiriblər ki, Vergilər Nazirliyində dəyişiklik gedir, sistem yenilənir deyə VÜEN hazırda heç kimə verilmir. Sistemin yenilənməsinin bu həftə başa çatacağı gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button