2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Aşkarlanan gündəlik yoluxma mindən aşağı düşüb


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 772 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 3048 nəfəri sağalıb.

Bu məlumatı bu gün, dekabrın 28-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 39 nəfər də vəfat edib:

Saytların yığılması Saytlarin yigilmasi

“İndiyədək ölkədə ümumilikdə 215 min 483 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 172 min 19 nəfər sağalıb, 2538 nəfər vəfat edib, aktiv xəstə sayı 40 min 926 nəfərdir”.

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9502, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 163 min test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə olunan koronavirus xəstələri var.

Üstəlik, xəstəxanaya nisbətən evdə daha çox belə xəstənin olduğu bildirilir.

 

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button