2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Aşqabad svop qaz nəqli məsələsində Bakının inadkarlığından qəzəblənib?

Bir neçə gün əvvəl İran KİV ölkənin  Milli Qaz Şirkətinə  istinadən bildirib ki, İran ərazisilə Türkmənistandan Azərbaycana svop qaz nəqli dayandırılıb. Problemin Bakı və Aşqabad arasında yeni saziş əldə olunana qədər müvəqqəti xarakter daşıdığı xüsusilə vurğulanıb.

Bu gün Eurasianet portalı (ABŞ) Amsterdamın hansısa Turkmen.news saytına istinadən məqalə dərc edib ki, tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyəcəklər. Üstəlik, Aşqabad Bakının  1000 kubmetr qaz üçün 140 dollardan çox ödəmək istəməməsindən hiddətlənib.

Saytın naməlum mənbələri iddia edirlər ki, “sonra SOCAR Türkmənistan qazını iki dəfə baha qiymətə yenidən satır”. Turkmen.news problemin başqa bir versiyası kimi ixrac üçün münasib Türkmənistan qazının çatışmazlığını  göstərib. Bu isə məqalə müəlliflərinin fikrincə, “Türkmənqaz” dövlət inhisarında korrupsiya və səriştəsiz idarəçiliyin nəticəsidir.

Saytların yığılması Saytlarin yigilmasi

Hələlik tərəflərin heç biri bu bəyanatların rəsmi təsdiqini və ya təkzibini açıqlamayıb. Bununla belə, “İnterfaks-Azərbaycan” agentliyi ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər yayıb ki, Aşqabadla İran ərazisilə svop üzrə razılaşma uzadılmasa, 2024-cü ildə Azərbaycan Türkmənistandan qaz idxalı olmadan keçinə bilər.

“Nəzərə alsaq ki, 2024 – cü ildə Azərbaycanda əmtəə qazının ilk növbədə “Ümid” və “Abşeron” qaz-kondensat yataqlarından daxili bazara tədarük həcminin əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır, Türkmənistandan qaz idxalına zərurət yaranmaya bilər”, – agentliyin həmsöhbəti hesab edir.

Onun sözlərinə görə, “Ümid” yatağında qaz hasilatı yeni hasilat quyularının istismara verilməsi hesabına artırılır. 2024-cü ildə bu yataqda  qaz hasilatının illik həcmi 3 milyard kubmetr, “Abşeron”da pik hədd 1,5 mlrd. kubmetrdir.

Bu həcmdə qaz digər yataqlardan (SOCAR, “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” bloku tərəfindən) daxili bazara təxminən 17 milyard kubmetr həcmində qaz tədarükü ilə yanaşı, Azərbaycanda qaza olan tələbatı tam ödəməyə və Gürcüstana nəql üzrə müqavilə öhdəliklərini yerinə yetirməyə imkan verəcək.

Buradan belə  çıxır ki, Azərbaycan tərəfi çox güman ki, qiymət məsələsində güzəştə getmək niyyətində deyil və razılaşmanın uzadılıb-uzadılmayacağı məsələsinin həlli Aşqabadın davranışından və İranın səylərindən asılıdır.

Turan agentliyi xatırladır ki, 28 noyabr 2021-ci ildə Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin başçılarının 15-ci sammiti çərçivəsində Azərbaycan, İran və Türkmənistan arasında svop qaz nəqlinə dair üçtərəfli saziş imzalanıb.

Mərasimdə üç dövlətin prezidentləri İlham Əliyev, İbrahim Rəisi və Qurbanqulu Berdımühəmmədov iştirak ediblər. Müqavilədə 1,5-dən 2 milyard kubmetrədək Türkmənistan qazının İran vasitəsilə Azərbaycana çatdırılması nəzərdə tutulurdu.

Türkmənistan Azərbaycana qaz nəqlinə 2022-ci ilin əvvəlindən başlayıb.

Turan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan Azərbaycan Respublikasının beynəlxalq ticarət bülleteninə istinadən bildirir ki, 2023-cü ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycan Türkmənistandan 1 milyard 326,7 milyon kubmetr qaz idxal edib. Eyni zamanda, Türkmənistan qazının 1000 kubmetri Azərbaycana 142,93 dollara başa gəlib.

2022-ci ilin yekunlarına görə, Türkmənistan Azərbaycana 857,1 milyon kubmetr qaz nəql edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button