2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Atəşkəs 115 dəfə pozulub

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 115 dəfə pozub. Bu zaman 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndi atəşə tutulub. Habelə, həmin mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklər də vurulub.

Bundan başqa, Berd rayonunun Ayqedzor kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndinin də atəşə tutulduğu bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda həmçinin qeyd edilir ki, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelər atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Yusifcanlı, Mərzili, Qaraqaşlı və Şuraabad kəndləri də atəş altında qalıb.

Üstəlik, Xocavənd, Füzuli, Cəbrayıl və Goranboy rayonun da bəzi məntəqələrinin atəşə tutulduğu qeyd edilir.

Müdafiə Nazirliyinin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab zərbələri endirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button