2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Atəşkəslə bağlı 16 iyun açıqlaması

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 8 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərindən Azərbaycan ordusunun Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqeləri atəşə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa, Tərtər, Ağdam, Füzuli, Goranboy və Xocavənd rayonları istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Müdafiə Nazirliyinin iyunun 15-də yayılan açıqlamasında isə atəşkəsin gün ərzində 18 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button