2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

ATƏT sədri: Bəzi ölkələrdə hüquq və azadlıqların məhdudlaşdırılması narahatlıq doğurur

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT-in fəaliyyətdə olan sədri olaraq dekabrın 7-də ATƏT Xarici İşlər Nazirləri Şurasının görüşündən əvvəl vətəndaş cəmiyyətinin Paralel Konfransının iclasında iştirak edib.

“Vətəndaş Həmrəyliyi Platforması” (Civic) QHT koalisiyası ilə birgə təşkil olunmuş ikigünlük tədbir zamanı (dekabrın 6-7-də) ATƏT ölkələrindən 100-dən çox vətəndaş cəmiyyəti nümayəndəsi ATƏT-in və onun institutlarının fəaliyyətinin yaxşılaşdırılmasına yönəlmiş konkret tövsiyələri müzakirə və qəbul ediblər.

İştirakçılar həmçinin “Hamburq bəyannaməsi” qəbul edərək, vətəndaş cəmiyyətinin müdafiəsinə və genişləndirilməsinə çağırıblar.

Saytların yığılması Saytlarin yigilmasi

“Vətəndaş cəmiyyəti insan hüquq və əsas azadlıqlarına, demokratiya və qanunun aliliyinə hörmətin təmin edilməsində həlledici rol oynayır və o, 45 il əvvəl ATƏM-in yaranması prosesinin başlanğıcından etibarən bu rolu yerinə yetirirdi”, deyə Ştaynmayer yekun sözündə bildirib.

Sədrlik edən Almaniya vətəndaş cəmiyyəti ilə sıx əlaqə saxlamaq üçün çox səy göstərib, bizim fəaliyyətimizdə vətəndaş cəmiyyətinin fikrindən istifadə olunub”, deyə Ştaynmayer qeyd edib.

O, ATƏT iştirakçısı olan bir sıra ölkələrdə vətəndaş cəmiyyəti üçün məkanın daraldılmasına təəssüf etdiyini bildirib. “Biz birləşmək, dinc toplaşma və ifadə azadlıqlarına məhdudiyyətlərin artırıldığı barədə aldığımız məlumatlardan narahat oluruq. Hüquq müdafiəçilərinin təhlükəsizliyi üçün təhlükənin artması narahatlıq doğurur”, deyən Ştaynmayer iştirakçı dövlətləri bu problemlərin həllini tapmağa çağırıb.

Konfransın yekun iclasında Avstriyanın xarici işlər nazirinin müavini Mixail Linxart da iştirak edib. Avstriya 2017-ci ildə ATƏT-də sədrliyə başlayır.

Bundan başqa, görüşdə ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç və DTİHB-nin direktor müavini Kartazina Jarosiseç-Varqan da iştirak edib.

Vətəndaş cəmiyyətinin tövsiyələri dekabrın 8-də ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasının iştirakçılarına da təqdim ediləcək.

Vətəndaş Cəmiyyətinin Paralel Konfransı 2010-cu ildən etibarən hər il ATƏT Nazirlər Şurasının iclası çərçivəsində keçirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button