2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Azərbaycanda həbs olunan jurnalistləri azad etməyə çağırıb

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeyro müstəqil internet media orqanı Toplum TV-nin 14 əməkdaşının Azərbaycanda saxlanılmasından ciddi narahatlığını bildirib.

Onun ATƏT-in saytındakı bəyanatında deyilir ki, martın 6-da Bakıda polis Toplum TV-nin redaksiyasına basqın edib, avadanlıqları ələ keçirib, binaları möhürləyib və 14 əməkdaşı saxlayıb.   Onların əksəriyyəti gecə yarısına qədər həbsdən azad edilsə də, ən azı üç nəfər həbsdədir və qaçaqmalçılıq ittihamı ilə üzləşir.

Bundan əlavə, həmin gün Toplum TV-nin YouTube hesabının icazəsiz dəyişdirilməsi və videomaterialların yoxa çıxması baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanda media işçilərinə qarşı təkrar repressiyalar dərin narahatlıq doğurur”, – Ribeyro bildirib. “Jurnalistlər repressiya qorxusu olmadan öz işlərini görməlidirlər”.

Bu hadisələr “Abzas Media”, “Kanal 13” və “Kanal 11” onlayn media orqanlarının jurnalistlərinin son həbslərindən sonra baş verir.

“Mən hakimiyyəti həbsdə olan bütün media işçilərini azad etməyə çağırıram. Bütün ATƏT-ə üzv dövlətlər təhlükəsiz iş mühitini və jurnalistlərin müdafiəsini təşviq etmək öhdəliyi götürüblər”, – Ribeyro vurğulayıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button