2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa İttifaqı Orbanı yerinə oturtdu: Ukranaya 50 milyard avro ayrıldı

Fevralın 1-də Brüsseldə Avropa İttifaqı Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımını təsdiqləyib. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, Avropa İttifaqının 27 ölkəsi Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımının ayrılması barədə razılığa gəlib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban paketə qarşı çıxmışdı.

Mişel qeyd edib təsdiqlənmiş maliyyə yardımı paketi bir neçə il üçün nəzərdə tutulub, Ukraynanı uzunmüddətli maliyyələşdirməyə zəmanət verir.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban uzun müddət bu qərarı sabotaj edib.  Bu gün ona ultimatum verilib – Ukraynaya yardım paketini dəstəkləsin, yoxsa Avropa İttifaqında səs hüququndan məhrum ediləcək.

Avropa İttifaqı  liderlərinin toplantısından çəkilmiş fotoda Orbanın  üzünün ifadəsindən görünür ki, ona öz yerini göstəriblər.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button